Yol polisi turisti çay süfrəsinə dəvət etdi – Moskvadan təşəkkür gəldi

Hər gün ölkəmizə dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir. Bu gün Azərbaycanda turistlərin təhlükəsizliyi dövlət orqanları tərəfindən təmin olunmaqdadır. Onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Bu işdə daxili işlər orqanları əməkdaşlarının da böyük əməyi var. Artıq bir neçə əcnəbi vətəndaş ölkəmizdə olarkən üzləşdikləri çətinliklərin aradan qaldırılmasında polis əməkdaşlarının xidmətlərini yüksək dəyərləndiriblər.
Bu günlərdə Rusiya Federasiyasından ölkəmizə şəxsi avtomobilində yaxın qohumları ilə səfərə gələn Çingiz Qazıyev Azərbaycanın təbiəti haqqında zəngin təəssürat qazanıblar. Onlar İsmayıllı rayonunda olarkən avtomobilində yaranmış nasazlıq səbəbindən idarəetməni itirib, qəzaya uğrayıblar. Dərhal hadisə yerinə gələn polis əməkdaşları onlara lazımi köməklik göstəriblər.
Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyev də turistlərin üzləşdiyi qəzanın nəticələrinin aradan qaldırılması zamanı, həmçinin onlara ilkin tibbi yardımın göstərilməsi üçün əlindən gələni əsirgəməyib. Yaşadığı Moskva şəhərinə qayıdan Ç.Qazıyev DİN rəhbərliyinə ünvanladığı məktubda polis mayou Rauf Tağıyevin xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O, bildirib ki, R.Tağıyev hətta hadisə baş verən zaman onların depresiya vəziyyətindən çıxması üçün çay süfrəsinə qonaq edib, mənzil başına çatdıqdan sonra zəng edib vəziyyətləri ilə maraqlanıb.
Ç.Qazıyev sonda polis əməkdaşlarının sayıqlığına, peşəkarlığına görə bütün Azərbaycan Polisinə minnətdarlığını bildirib.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












