Yol polisi türkiyəli yazara pul təklif etdi: “Yoxundursa, verim.”

YYavru vətən Kıbrısdırsa, “Qardaş Vətən Azərbaycandır”. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə dərc olunan “Göy Türk” qəzetinin baş redaktoru, yazar Mehmet Turaçcı Bakı ilə bağlı 3 günlük səfərinin təəssüratlarını bölüşərkən yazıb. O, Bakıda ilk dəfə tanış olduğu insanların ətrafında özünü yad hiss etmədiyini deyib. “Mənə uzaqdan gələn qohumları kimi yaxınlıq göstərmələrindən çox sevindim. Sevincimi ifadə edəcək söz tapmıram. Can Azərbaycan doğrudan da “Qardaş Azərbaycanmış”-deyə yazıb.
M.Turaçcı xüsusən, Azərbaycan polisi ilə aralarında yaşanan dialoqu unutmadığını yazıb: “Bakı ziyarətim Heydər Əliyev adına hava limanınından kirayələdiyim maşınla başladı. Bakının geniş bulvarının ətrafında irəliləyərkən istəmədən qaydaları pozdum. Qayda pozduğumu da ancaq yol polisi saxlayandan sonra anladım. Səhvimi biləndən sonra üzr istədim. Türk olduğumu bilən polis haralı olduğumu soruşdu. Adanalı olduğumu dedim. O, “Adanasporu”, “Adana Dəmirspor”un keçmiş oyunçusu Poteni tanıdığını dedi. Polislə ayaqüstü uzun-uzun söhbət etdik. Ayrılanda ona “Adanaspor”un formasını göndərmək istədim və ünvanını öyrəndim. Yol polisi ayrılanda mənə dedi ki, “Qardaş pulun var? Yoxdursa, verim. Biz qardaşıq, yoxdursa, çəkinmə de!”- deyə M.Turaçcı qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












