Yol polisi uşaqlara görüş keçirib kitab payladı - FOTO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-ci tağımının təşlilatçılığı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə şagidlərin, müəllimlərin, icra nümayəndəliyinin və jurnalistlərin iştirakı ilə görüş keçirilib. DİN və DYP rəhbərliyinin göstərişi ilə baş tutan görüş təbliğat xarakterli olub. Görüşdə çıxış edən məktəbin direktoru Çinarə Atayeva bildirib ki, şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı ilkin biliklər öyrədilir. Lakin yol polisinin iştirakı ilə keçirilən bu görüş şagirdlər üçün xüsusi əhəmiyyətlidir. Məktəb direktoru şagirdləri yol qaydalarına riayət etməyə çağırıb və müəllimlərin bu işdə fəal olmasının vacibliyini qeyd edib.
YPXA-nın 1-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov bildirib ki, tağımın ərazisində baş verən piyadavurmalar ciddi narahatlıq doğurur. Belə görüşlərin keçirilməsi yol qəzalarının qarşısının alınmasına yönəlib: “İbtidadi və yuxarı sinif şagidrlərinin yol hərəkəti qaydalarını öyrənməsi bizim gələcəyimizin sağlam təməlidir. Onlar öyrəndiklərini dostlarına, tanışlarına da öyrədəcək, öz valideynlərindən də qaydalara əməl etməyi tələb edəcəklər. Uşaqlar nəyisə irad tutanda valideyn çəkinir, uşağa pis nümunə olmaq istəmir. Təbliğat işində bizim də sizlərin dəstəyinizə ehtiyacımız var”.
Tağım komandiri bildirib ki, bəzən yol qəzası baş verir, piyadanı maşın vurur və sürücü hadisə yerindən qaçır. Amma bunu görən insanlar polisə məlumat vermək istəmir və bunu “satqınlıq” hesab edirlər: “Burada satqınlıq eləmək yoxdur. Belə hadisə hər kəsin başına gələ bilər. Belə hadisələrin şahidi olduqda dərhal polisə xəbər verin. Bu, sizin vətəndaşlıq borcunuzdur”.
Görüşdə çıxış edən Baş DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polkovnik-leytenant İsa Deystanı bildirib ki, İdarə rəhbərliyi yol qəzalarının qarşısının alınması məqsəsdilə respublika üzrə belə görüşlərin keçirilməsi barədə göstəriş verib. Bu görüşlərin başlıca məqsədi insanları, xüsusən də şagirdləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaqdır: “Düşünürük ki, müəllimlərin dərs vaxtı yol qaydalarından danışması, şagirdlərə tövsiyyələr verməsi olduqca faydalı olacaq”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı şagirdlərə müraciət edərək onların elementar yol qaydalarını öyrənməsini və öyrəndiklərini başqalarından da tələb etməsini vacib sayib: “Uşaqlar yol hərəkətin ən zərif iştirakçılarıdır. Onlar bəzən tək, bəzən isə valideynləri ilə birlikdə yol qəzasının qurbanına çevrilirlər. Görünür, valideynlər məsuliyyətsizlik edirlər, yolu keçərkən uşağı nəzarətsiz qoyurlar, başları telefona qarışır. Bu cür hallar sonda ağır nəticələr verir. Yəqin, heç bir şagird istəməz ki, bir gün dərsə gələndə sinif yoldaşının ölüm xəbərini alıb onun partasının üstünə qərənfil qoyul qara lent bağlasın. Bunun üçün də qaydaları öyrənmək lazımdır. Ən əsası, keçidlərdən istifadə etmək, çətinliyə düşəndə böyüklərdən kömək istəmək vacibdir”.
Görüşün sonunda DYP zabitkəri İsa Deystanı, Ürfət Şükürov və Turan Daşdəmirova Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çap olunmuş “Yol həkəti qaydaları əlifbası” kitabını şagirdlərə paylayıblar.
Elmin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO


































