DYP və BNA parklanma ilə bağlı reyd keçirdi, yarım saat sonra biabırçı mənzərə yarandı - FOTO - VİDEO

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi şəhərin müxtəlif konfliktli küçə və prospektlərdə maarifləndirici tədbirlərə start verib. Avtosfer.az xəbər verir ki, əsas məqsəd dayanma-durma qaydalarına riayət olunması, sürücülərin bu istiqamətdə maarifləndirilməsi, avtobus dayanacaqlarının zəbt edilməsinin qarşısının alınması, o cümlədən səkilər və ikinci cərgədə parklanmanın olmamasına şərait yaradılması olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, əsas istiqamət parklanma qaydalarının təbliği, avtobus zolaqlarına sürücülərin girməməsi, yolda təhlükəsizliyinin təmin olunmasıdır. "Düşünürəm ki, bu gün cərimə tətbiq etmədən keçirilən tədbirlər maarifləndirmə işlərinin səmərəli təşkili istiqamətində mühüm addımdır."
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, paytaxtda parklanma ilə məsələlər daim diqqətdə saxlanılır. "Bu sürücülərin və ictimai nəqliyyatın rahat hərəkəti üçün mühüm addımdır. Hesab edirik ki, inzibati cərimə ilə yanaşı insanlarla maarifləndirmə işinin aparılması çox vacibdir."
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücüləri üçün xüsusi dayanacaqlar yaradılmalı, rayonlara işləyən sürücülər isə Avtovağzaldan hərəkət etməlidir. "Əks halda bu problemlər yenə qalacaq."
Qeyd edək ki, DYP və BNA tərəfindən keçirilən tədbirlər nəticəsində 20 Yanvar və Şamaxinka ərazisi tam təmizlənmişdi. Lakin yarım saat sonra yenidən xaotik vəziyyət yarandı.
Emin
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP























