Yol polisi xanım sürücüləri belə təbrik etdi - VİDEO - FOTO
Yol polisi 8 Mart 2021 14:05 Oxunub 452
Yol polisi xanım sürücüləri belə təbrik etdi - VİDEO - FOTO

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ənənəvi aksiya keçirib. 
Avtosfer.az xəbər verir ki, aksiya zamanı yol hərəkəti qaydalarını pozan xanım sürücülər saxlanılıb, onlara törətdikləri xətalar barədə izahat verilib, təbliğat xarakterli söhbətlər aparılıb. Eyni zamanda pandemiya qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. 
Daha sonra həmin xanım sürücülərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin adından hədiyyələr təqdim edilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh