Yol polisi yanmış uşağı xəstəxanaya belə çatdırdı - VİDEO

Vətəndaşların tez-tez çətinliyə düşən zaman polis əməkdaşlarına müraciət etmələri ilə bağlı videolar sosial şəbəkələrdə mütamadi olaraq paylaşılır. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev vətəndaşlardan birinin göndərdiyi videonu sosil şəbəkə hesabında paylaşıb. Görüntülərdən də aydın olduğu kimi şəxs yağışlı havada ərazidə xidmət aparan 99-YP-432 dövlət nömrə nişanlı patrul avtomobilə yaxınlaşır.
Yanıq xəsarətləri olan uşağın xəstəxanaya çatdırılması üçün köməklik istəyir. DYP əməkdaşları dərhal reaksiya verərək vətəndaşın köməyinə çatır. Belə ki, avtomobili müşaəy edərək yolu açır və xəstə vaxtında xəstəxanaya çatdırılır.
DYP rəsmisi Rövşən Tağıyev paylaşdığı videoda "Ehtiyac olduğunda polisdən kömək istəməkdən çəkinməyin!" cümləsini də qeyd edib.
Videonu təqdim edirik:
Orxan
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










