Yol polisi yarım milyon cərimə yazdı - Rəsmi

Paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu il yanvarın 1-dən avqustun 26-dək Bakıda keçirilən tədbirlər nəticəsində 451 min 918 inzibati protokol tərtib edilib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, protokollardan 9182-si avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 19 min 856-sı svetoforun qırmızı işığında keçmə, 4238-i sərnişindaşıma qaydalarının pozulması, 883-ü dövlət nömrə nişanı olmadan avtomobili idarə etmə, 4509-u ötmə, manevr etmə qaydalarının pozulması, 89 min 495-i yolayrıcını keçmə qaydalarının pozulması, 490-nı avtoxuliqanlıq, 1379-u isə nəqliyyat vasitəsinin sənədsiz idarə edilməsi ilə bağlıdır. Qalanları isə digər qayda pozuntusuna görə tərtib edilən protokollardır. Bundan başqa, 455 min 730 elektron protokol tərtib edilib ki, bu da mərkəzi məlumat sistemində avtomatik olaraq yerləşdirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












