Yol polisi yaşlı piyadaya belə kömək etdi - VİDEO

Bakıda yol polisi əməkdaşı yaşlı qadının yolu keçməsinə kömək edib. Bununla bağlı videonu Avtosfer.az-a oxuculardan biri göndərib. Oxucu bildirir ki, yaşlı qadın «5 mərtəbə» adlanan ərazidə keçiddən keçə bilməyib. O, yaşlı olduğu üçün pilləkənləri düşüb-qalxa bilmədiyini deyərək inspektordan yola keçməkdə kömək istəyib. Raqif adlı inspektor isə işarə verərək yolda hərəkətdə olan avtomobilləri saxlayaraq qadının əlindən tutub və yolu keçirib. Bunu görən bir neçə piyada da yol polisi əməkdaşının köməyi ilə yolu keçə bilib.
Qeyd edək ki, həmin ərazidə piyada keçidi olsa da, Azərbaycan prospektinin baş tərəfindəki keçiddən yolun o biri tərəfinə keçmək üçün yeraltı keçidi tam olaraq gəzib təxminən 200 metr məsafə qət etmək lazım gəlir. Üstəlik, keçiddə ticarət obyektləri olduğu üçün burada hərəkət çətin olur. Bu səbəbdən də piyadaların əksəriyyəti yolu bu videodakı kimi məhz həmin nöqtədən keçirlər. Bura isə yolayrıcıdır və bəzən piyadaların həyatına təhlükə yaranır.
Ümid edirik ki, aidiyyatı qurumlar bu ərazidə keçid problemini həll edərək yolun bu tərəfindən o biri tərəfinə keçmək istəyən piyadaların «5 mərtəbə» dairəsinin altındakı tuneli tam olaraq gəzməyə məcbur qalmaq bəlasından xilas edəcəklər…
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












