Yol polisi yolda qalan taksi sürücüsünə belə kömək edir - VİDEO

Yol polisi əməkdaşları yolda qalan taksi sürücüsünün köməyinə gəlib. Hadisə Bakı-Sumqayıt yolunda baş verib. Avtosfer.az-a oxuculardan birinin göndərdiyi video dünən çəkilib. Oxucu bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-ci tağımının 99 YP 756 nömrəli avtopatrul maşınında xidmət aparan əməkdaşları yol kənarında dayanmış maşına yaxınlaşıblar. Taksi sürücüsü avtomobilin xoda düşmədiyini, benzinin qurtardığını bildirib. Yol polisi əməkdaşlarından biri maşından düşərək taksini itələyib kənara çıxarmağa kömək edib, digər əməkdaş isə arxadan maşınla onların təhlükəsizliyini təmin edib. Daha sonra yol polisləri sürücü ilə birlikdə xidməti maşınla yanacaqdoldurma məntəqəsinə gedib yanacaq alaraq yenidən geri qayıdıblar. Az sonra sürücü yol polislərinə təşəkkür edərək yoluna davam edib.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












