Yol polisi zabiti Azərbaycan bayrağını Buxarestdə qaldırdı – VİDEO

Oktyabrın 24-dən 29-dək Rumıniyanın Buxarest şəhərində Kempo üzrə 10-cu Avropa birinciliyi və çempionatı keçirilib. Avtosfer.az xəbər verir ki, çempionatda 22 ölkədən 600-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışda 8 nəfər heyyətlə vətənimizi Azərbaycan Kempo Federasiyasının idmançıları Beynəlxalq Kempo Federasiyanın rəsmi nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə təmsil ediblər. Üç gün davam edən yarışda idmançılar Kempo Submişn Gi, Kempo Full, Kempo Semi versiyaları üzrə mübarizə aparıblar. Nəticələrə görə, Kempo Full üzrə görüşlərdə Quliyev Valeh İltifat oğlu +95 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.
Kempo Semi üzrə -95 kq çəki dərəcəsində Vüsal Qəhrəman oğlu Qələndərov ikinci yerə layiq görülüb. Kempo Semi üzrə 75 kq çəki dərəcəsində Hüseynov Nicat ikinci yerə, Kempo Semi üzrə 70 kq çəki dərəcəsində Hüseynov Şəmsi Əmir oğlu üçüncü yerə, Kempo Submişn üzrə isə iki idmançımız - Məmmədzadə Xəyal Novruz oğlu 75 kq çəki dərəcəsində və Ələkbərov Mahir Nizami oğlu 65 kq çəki dərəcəsində üçüncü yerə layiq görülüblər.
Ümumilikdə 22 ölkə arasında Azərbaycan komandası xal hesabı ilə bu yarışda 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Vüsal Qələndərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı bölməsinin inspektoru, polis baş leytenantıdır. O, Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Qəhrəman Qələndərovun oğludur.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



























