Yol polisi zabiti dəhşətli qəzanın qarşısını belə aldı – Sürücü huşunu itiribiş - VİDEO

Yol polisi zabiti baş verə biləcək ağır yol qəzasının qarşısını alıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri kameraya düşüb. Kadrlarda bir neçə avtomobilin işıqforda dayandığı, bu zaman TIR-ın hərəkət edərək əks yola çıxdığı və həmin anda xidmət aparan yol polisi avtomobili ilə qarşı-qarşıya gəldiyi görülür.
TIR-ın üzərinə gəldiyini görən polis avtomobili geriyə hərəkət etdirib və sonra sola manevr edərək saxlayıb. Polis baş leytenantı avtomobildən enərək hərəkət edən TIR-a tərəf qaçıb və maşının kabinəsinin qapısını açıb. Sürücünü huşsuz vəziyyətdə görən zabit kabinəyə çıxaraq maşını saxlayıb.
Hadisə yerinə gələn tibb işçiləri sürücünün ürəktutmasından öldüyünü bildiriblər.
Sözügedən insidentin anbaan videosunu təqdim edirik:
Namiq Musayev














