Banner

“Yol Polisimizlə bir gün” adlı tədbir uğurla yekunlaşdı - VİDEO

Yol polisi 2 İyun 2025 11:30 Oxunub 1356
“Yol Polisimizlə bir gün” adlı tədbir uğurla yekunlaşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində məktəblilərin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə “Yol Polisimizlə bir gün” adlı silsilə tədbirlər həyata keçirilib.

DYP-dən Avtosfer.az-a verilən məlumata görə, üç gün ərzində davam edən tədbirlər çərçivəsində müxtəlif məktəblərin şagirdləri Baş Dövlət Yol Polisi İdarəsində qonaq olublar. Onlara yol hərəkətinin təhlükəsiz təşkili, patrul xidmətinin gündəlik fəaliyyəti, habelə texniki nəzarət və müşahidə vasitələrinin tətbiqi ilə bağlı geniş məlumat verilib.

Şagirdlərə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üçün görülən tədbirlər izah olunub, eləcə də Yol Patrul Xidmətinin praktiki fəaliyyəti nümayiş etdirilib.

Görüşlərin sonunda məktəblilərin sualları cavablandırılıb, onlara xatirə hədiyyələri təqdim olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh