Yol polisindən 6 rəqəmli nömrələrlə bağlı RƏSMİ AÇIQLAMA
Yol polisi
21 Noyabr 2025 15:14
Oxunub 4764

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenanti Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında 6 rəqəmli yeni dövlət nömrə nişanları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













