Yol polisindən adam vuran 14 yaşlı biznesmen oğlu ilə bağlı - Açıqlama

Biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcov mayın 3-də qanunsuz olaraq idarə etdiyi "Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürüb. Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər” stansiyası istiqamətinə gələn yolda Ağaəli Fərəcovun idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub. Diqqətçəkən məqamlardan biri də A.Fərəcovun paytaxt küçələrində “avtoşluq” etməsinə dair yayılan məlumatlardır.
Maraqlıdır, bu vaxtadək Dövlət Yol Polisi yeniyetmə “avtoş”la bağlı hər hansı məlumat daxil olubmu? Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Cebhe.info-ya açıqlamasında şəxsin cəzalandırılacağını deyib: “Yaşından asılı olmayaraq baş verən xəta ilə əlaqədar araşdırma aparılır. Cinayət işi başlanılıb. Kimliyindən asılı olmayaraq xəta törədilibsə, cəza verilməlidir. Həmin şəxsə müəyyən məsuliyyətin tətbiqi nəzərdə tutulub”.
“Belə söz-söhbətlər gəzir ki, yaşına görə həmin şəxsə 180 gün həbs düşür, bu nə dərəcədə düzgündür?” sualına cavabında yol polisi rəsmisi “Yıxılana balta vuran çox olur. Maşının nömrəsini bilsəm, yoxlayaram. Elə-belə bu şəxsin idarə etdiyi avtomobil haqda hansısa bilgi verə bilmərəm” deyib. DYP rəsmisi daha sonra isə açıqlamasında bildirib ki, avtomobilin nömrəsini bildiyi təqdirdə belə heç nə edə bilməyəcək: “Hazırda bu məsələni araşdırmağa imkanım yoxdur. İslam Olimpiya Oyunlarının təşkilat komitəsinin iclası ilə əlaqədar olaraq başımız qarşıqdır. Fasilədir, bu səbəbdən sualınızı cavablaya bildim”.
V.Əsədov avtomobilin nömrəsinin araşdırılıb-araşdırılmadığı ilə bağlı sualımızı bu cür cavablandırıb: “Siz nə bilirsiz ki, bu avtomobilin nömrəsi araşdırılmayıb. Elə məsələlər var ki, onlar açıqlanmır, məxfilik qorunur. Mən yol polisində işləyirəm, rayon polis idarəsində deyiləm. Hadisə baş verən ərazinin rayon polis idarəsindən bu haqda öyrənə bilərsiz”.
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










