Yol polisindən ağlasığmaz hərəkət: "Məni çəkənin ağzını..." - VİDEO

Bir neçə saat əvvəl Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev "VAZ 2107" markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayıb. Sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub. Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib. Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb. Daha sonra həm sürücü, həm də sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb. Aldığımız digər məlumata görə, saxlanılan sürücü Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Şirvan Telemexanika zavodunun direktoru Usubağa Məmədovun oğludur.
Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqirefici formada danışdığını əks etdirən video görüntünü də təqdim edirik.
Qaynarinfo
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












