Yol polisindən Arif Alışanovla bağlı xəbərə Reaksiya: “Açıqlaya bilmərik”

Bu gün yayılan məlumata görə, AzTV sdəri Arif Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada protokollar tərtib olunub. Bu protokollar üzrə 7200 manatlıq ödənilməyən cərimə olduğu üçün maşının yol polisi əməkdaşları tərəfindən saxlanılaraq ,cərimə meydançasına aparıldığı bildirilir. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Sədrin avtomobili cərimə meydançasına aparılmayıb. Bu, növbəti dezinformasiyadır”.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev modern.az-a deyib ki, məlumat doğru olub-olmamasından asılı olmayaraq, məxfi saxlanılır: “İstər hüquqi, istər fiziki şəxsə, yaxud hansısa dövlət və ya hüquqi təşkilata məxsus avtomobillərlə bağlı bütün məlumatlar yalnız qarşı tərəfin razılığı əsasında ictimailəşdirilə bilər. Qalan digər hallarda, biz məlumatları ictimaiyyətə açıqlaya bilmərik”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












