Yol polisindən bahalı nömrə satanlara xəbərdarlıq - VİDEO

Azərbaycanda ev qiymətinə avtomobil nömrələri satılır. İnternetdə elan saytlarından birində satışa çıxarılan 10-00-015 nömrəli dövlət qeydiyyat nişanına 65 min manat qiymət qoyulub. Amma satılan bahalı nömrə tək bu yox, bir neçə qoşa rəqəmli nömrələr də var ki, onlar 10 min manatdan bahadır. Həmin nömrələrdən bir neçəsinin sahibi ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən satan da var, dostları tərəfindən zarafatla nömrəsi elanı yerləşdirilən də.
Bir çox sürücü bunun əhəmiyyətsiz olduğunu və ev qiyməti qədər bahalı nömrələri almağa tərəfdar olmadıqlarını deyir.
Yol-hərəkəti üzrə ekspert Tural Yusifov bildirir ki, əslində, dünyada daha baha qiymətə avtomobil nömrələri satılır. Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır. Ekspertin sözlərinə görə kimsə öz avtomobilinin nömrəsini satırsa bu qanuna ziddir.
Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, "Mən filan nömrəni satıram" tipli təşəbbüslər qanunla qadağandır. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsinə görə nömrələr aid olduğu avtomobilin üzərində satıla bilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












