Yol polisindən deputatata cavab

“Bakıda orta məktəblərin qarşısında avtomobillərin 15 dəqiqə müddətində saxlanmasına icazə verilməsi üçün əvvəlcə ona şərait yaradılmalıdır”. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Milli Məclisdə orta məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik icazə verilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib. V.Əsədov bildirib ki, bu gün icazə verilmədiyi halda belə, pik saatlarda məktəblərin qarşısında sıxlıq yaranır: “İcazə verilsə, vəziyyət daha çətin olacaq. Problemdən çıxış yolu kimi məktəblərin ətrafında dayanacaqların yaradılması daha məqsədəuyğundur. Amma indiki şəraitdə paytaxtın mərkəzindəki məktəblərin ətrafında avtomobil dayanacaqlarının yaradılması da mümkün deyil. Bir real variant var ki, bu da uşaqların ictimai nəqliyyatla müxtəlif məntəqələrdən daşınmasının təşkil edilməsidir”.
V.Əsədov vurğulayıb ki, gələcəkdə inşa ediləcək təhsil müəssisələrində avtomobil duracaqlarının olmasına da diqqət yetirilməlidir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












