Yol polisindən film kimi əməliyyat – Qaçırılan 100 minlik maşını görün haradan tapdılar

Mayın 4-də Yasamal RPİ 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İlham Qulaməliyev aprelin 25-də "Mercedes-GL-450" markalı avtomobilinin qaçırıldığını bildirib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, vətəndaş bir qədər gec müraciət etməsini isə bu müddətdə avtomobilini özü axtarması ilə izah edib. Hadisə barədə məlumat alınan kimi Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib və avtomobilin tapılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb. Nəhayət, qaçırılmış “Mercedes”in Göyçay rayonu istiqamətində hərəkətdə olması müşahidə kameraları tərəfindən müəyyən edilib və dərhal Rayon Polis Şöbəsinə məlumat verilib. Müşahidə-nəzarət kameraları vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin avtomobili izləyərək gözdən buraxmayıblar. Maşın bir qədər sonra Ağsu rayonunun İnçə kəndindən Qaraməryəm istiqamətində yoluna davam edib. Sürücüsü avtomobili yüksək sürətlə idarə etdiyindən polislərin diqqətindən yayına bildiyini güman edib. Lakin ağlına belə gətirməyib ki, bu, yarana biləcək qəza şəraitinin qarşısının alınması üçün polislərin təhlükəsizlik tədbiri idi.
Mayın 12-də saat 6.30 radələrində “Mercedes” İnçə kəndi ərazisində aşkar edilib. Polis əməkdaşları avtomobildə olan qadını sorğu-sual ediblər. Qadın Bakıya gedən, yolüstü sərnişin yığan sürücünü tanımadığını, bu maşına təsadüfən mindiyini bildirib. Qadın onu da deyib ki, nədənsə sürücü polis postunu görəndə maşından düşüb qaçıb.
Göyçay RPŞ-nin şəxsi heyəti güclü yağış yağdığından həmin şəxsin çox da uzağa gedə bilməyəcəyini təxmin edərək kənddə axtarışlarını davam etdiriblər. Onun avtomobildən düşüb qaçdıqdan sonra kənddəki evlərdən birinin həyətinə girdiyi müəyyən edilib. Vətəndaşa məxsus nəqliyyat vasitəsini qaçıran həmin evin zirzəmisindəki çarpayının altında uzanılı vəziyyətdə yaxalanaraq Polis Şöbəsinə gətirilib. Məlum olub ki, “qəhrəman” Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xəqani Ağayevdir.
Araşdırmalar davam edir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












