Yol polisindən gənc fəalın ittihamlarına CAVAB

Bu gün sosial şəbəkələrdə ictimai fəal gənc Bəxtiyar Hacıyev Dövlət Yol Polisi ilə bağlı video yayımlayıb. Yol polisinin onu saxlaması, avtomobildə ailəsinin olduğu halda cərimə meydançasına aparması ilə bağlı status yazıb. Qeyd edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla da əlaqə saxlayıb, problem barədə onu da məlumatlandırıb.
Avtosfer.az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovdan açıqlama alıb. V.Əsədov bildirib ki, həqiqətən də Bəxtiyar Hacıyev dünən ona zəng edib. “Amma mən həmin vaxt onunla danışa bilmədim. Sonradan özün onunla əlaqə saxlasam da telefon danışığımız alınmadı. Səhər sosial şəbəkələrdə sözügedən videonu görəndə çox təəssüf hissi keçirdim. Cəmiyyət arasında gənc fəal kimi tanınan, ABŞ-da təhsil almış Bəxtiyar Hacıyev adlı şəxs artıq bir neçə dəfədir ki, yol polisinin fəaliyyətinə kölgə salmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bugünə qədər onun barəsində bir neçə dəfə qanunun tələblərinə uyğun olaraq cərimə tətbiq edilib. Görünür ki, yenidən gündəmdə qalmaq və yol polisindən öz düşüncəsinə görə “acıq” çıxmaq üçün belə bir vasitəyə əl atıb. Yol polisi öz qanuni vəzifəsini yerinə yetirərkən ona qarşı mənfi ittihamlarla çıxış edərək özünü haqlı hesab edir. Videodan da görünür ki, yol polisi əməkdaşı ona qarşı heç bir qanunazidd hərəkət etmir. Eyni zamanda səsyazma qurğusu və videokameralar da araşdırılıb DYP əməkdaşının hüquqazidd əməli aşkar olunmayıb. Təbii ki, bununla bağlı sənədlər toplanılıb, araşdırılaraq müvafiq hüquqi qiymət veriləcək.”
V. Əsədov onu da bildirib ki, Bəxtiyar Hacıyevin belə bir addım atması başa düşüləndir. “Bu cür hərəkətlərlə gündəmdə qalmaq, yol polisinə şər-böhtan atmaq yolverilməzdir.”
V. Əsədov qeyd edib ki, saxlanılan avtomobildə onun ailəsi olmayıb. “Görünür ki, Hacıyev bu sözləri deməklə cəmiyyətdə “mənəvi” hisslərinə toxunmaq, bununla da özünə divident qazanmaq istəyib.”
Orxan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












