Yol polisindən ibrətamiz addım; Sığınacaqdakı 6 uşağın hər il bütün xərclərini qarşılayırmış - VİDEO

Bakıda yol polisinin hərəkəti sosial şəbəkə istifadəçilərinin diqqətinə və rəğbətinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın rəhbərlik etdiyi “Qadın və uşaq sığınacağı”nın feysbuk hesabında video paylaşılıb. Qeyd edilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşı sığınacaqdakı 6 uşağı uzun müddətdir himayəsinə götürüb. Hər il polisin sığınacağa həmin 6 qız üçün ayırdığı dəstəklə onların məktəbli geyimləri, ləvazimatlar və digər gündəlik xərcləri qarşılanır.
Videoda sığınacağın əməkdaşı qeyd edir ki, kimliyinin bilinməsini istəməyən yol polisinin himayəyə götürdüyü uşaqların artıq bir müddət sonra dərsləri başlayır və buna görə də onlara bazarlıq edilməsi üçün sığınacaqdan çıxıblar. Alış-veriş etdikdən sonra restoranda yemək yeyərək geri qayıdıblar.
Sığınacağın səhifəsində paylaşılan həmin videonu təqdim edirik:
Səfər
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










