Yol polisindən kobud qayda pozuntusu – Gül almaq üçün nələr etdi - FOTO

Yanvarın 2-də, saat 19:50 radələrində çəkilən bu görüntülərdə 99-YP-351 nömrə nişanlı DYP avtomobilinin kobud qayda pozuntuları etdiyi iddia olunur. Avtosfer.az-ın reportyoru Fuad Məmmədovun verdiyi məlumata görə, 99 YP 351 saylı yol patrul xidməti maşını Yusif Vəzir Çəmənzəminli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən - prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər sayrışan işıqları yandırmadan qoşa xətti keçərək əks yolla hərəkət edib. Yol boyu qarşıdan gələn nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradan YP-351 işıqforla nizamlanan yolayrıcında, Azadlıq prospektindən Həsən Əliyev küçəsinə sola dönən sürücülərin də hərəkətinə mane olub. Belə ki, yol polisi maşını düzünə hərəkət edib və kəskin manevr edərək, "Edelveys" gül dükanının qarşısında saxlayaraq, dükana düşüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yəqin ki, qeyd edilən tarixdə kamera görüntülərini araşdıracaq, yol polisinin bu intizamsızlığını cəzasız qoymayacaq.
Qeyd edək ki, bu qayda pozuntusuna görə həmin DYP avtomobilini idarə edən sürücüyə 4 bal, 100 manat cərimə düşür.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














