Yol polisindən MMX-sı olan sürücülərə xəbərdarlıq - Bir il gizlənə bilməyəcəksiniz - VİDEO

Bir ili tamam olan və qərarı verilməyən elektron protokollar avtomatik silinir. Avtosfer.az xəbər verir ki, iki gündür Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində qayda pozan sürücülər barəsində tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan ''MMX'' protokollarıdır.
Yol polisi xeyli vaxtdır bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirdisə, artıq buna ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev 2012-ci ildən bu günə qədər qərarı verilməyən bütün elektron protokollara xitam verdildiyini deyir.
Elə bu məqsədlə yol polisi ölkə ərazisində həm stasionar postlarda, həm də küçə və yollarda nəzarəti gücləndirib. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və cərimə qərarı rəsmi qaydada onlara təqdim olunacaq. Kamran Əliyev onu da bildirdi ki, hətta vaxtın tamam olmasına 1 gün qalsa belə, həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür.
Yəni kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












