Yol polisindən narazı sürücülərə cavab – “Cərimə düzgün yazılıb” - FOTO

Dünən bir neçə sürücü "Yeniavaz.com" saytına müraciət edərək bildirib ki, alış-veriş etmək məqsədi ilə “Binə” ticarət mərkəzinə gediblər. Lakin avtomobili ticarət mərkəzinin duracağında yox, hasarının yanında - yoldan kənarda saxlayıblar. Geri qayıdanda məlum olub ki, yol polisi avtomobillərin fotosunu çəkib cərimə yazıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, həmin ərazidə avtomobillər yoldan xeyli kənarda dayandığı üçün onlara cərimə yazmaq deyil.
Baş Dövlət Yol Polisi İdarəsi də bu gün məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Bakının Qaradağ rayonu ərazisində dayanma-durma qaydalarının pozulmasına görə barəsində inzibati xəta haqqında protokoltərtib edilmiş sürücünün müraciəti ilə əlaqədar bildiririk ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən “yol çiyini” anlayışı yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır. Qanunun 52-ci maddəsində isə qeyd olunur ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Bu şəraitdə də nizamlama vasitələrində konkret olaraq göstəriş nəzərdə tutulduğuna, yəni ərazidə dayanmanı qadağan edən 3.27 yol nişanı mövcud olduğuna görə nəqliyyat vasitələrinin həmin yol çiynində nəinki durması, dayanması da qadağan edilir. O ki, qaldı yol çiyinin ölçüsünə, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli Qərarına müvafiq olaraq bu ölçülər respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında isə yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















