Yol polisindən nümunəvi addım: Quşun həyatını xilas etdi - VİDEO

Bakıda yol polisinin nümunəvi davranışı digər sürücünün diqqətindən yayınmayıb. Avtosfer.az xəbər verir ki, 99-YP-498 dövlət qeydiyyat nişanlı yol polisi avtomobilinin sürücüsü qəfil əyləci basaraq yolun hərəkət hissəsində dayanıb. İlk anda bu dayanmanın səbəbi anlaşılmasa da, bir qədər sonra məsələ aydınlaşıb.
Məlum olub ki, polis əməkdaşı yolun ortasına çıxmış göyərçini əzməmək üçün avtomobili saxlayaraq quşun səkiyə keçməsini gözləyib. Onun diqqətli və məsuliyyətli davranışı nəticəsində göyərçinin həyatı xilas olunub. Videodan da aydın görünür ki, sürücü dayanmasaydı, quş avtomobilin altında qalaraq tələf ola bilərdi.
Bu hadisə bütün sürücülər üçün yaxşı nümunədir. Yolda hərəkət edərkən qaydalara əməl etməklə yanaşı, ətrafda olan canlılara qarşı diqqətli və həssas olmaq da böyük əhəmiyyət daşıyır. Təəssüf ki, bəzən sürücülərin laqeydsizliyi heyvanların tələf olması ilə nəticələnir.
Fərid
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












