Yol polisindən oğurluq “BMW” ilə bağlı açıqlama - 5-6 ölkədən necə keçib?

Ötən gün “Xəzər” televiziyasının xəbərlər proqramında “Azərbaycanda maşın aldı, Rusiyaya gedəndə oğurluq olduğunu öyrənib. Məlum olub ki, 10 min manata aldığı avtomobil 8 il əvvəl İtaliyada oğurlanaraq satılıb” başlıqlı mövzu ilə bağlı süjet nümayiş etdirilib. Süjetdə Rüstəm Əliyev adlı şəxs ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən 10 min manata avtomobil aldığını bildirib, yol polisində həmin avtomobili öz adına keçirdikdən sonra Rusiya Federasiyasına gedərkən Rusiyanın yol polisləri tərəfindən saxlanılıb və ona avtomobilin oğurluq olduğu deyilib. R.Əliyev Azərbaycana qayıdaraq avtomobili aldığı Rövşən Kazbekovla əlaqə saxlayıb və ona avtomobilin oğurluq olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola bilməz, əgər olsaydı, yol polisi onu adına sənədləşdirməzdi. Sonra isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət edib, guya oradan bildirilib ki, yanlışlıq olub.
Məsələyə aydınlıq gətirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət etdik. O, Avtosfer.az-a bildirdi ki, ötən ilin fevral ayında Rüstəm Əliyev adlı şəxs həqiqətən də “BMW” markalı avtomobili alaraq öz adına rəsmiləşdirib. Lakin həmin avtomobillə bağlı qeydiyyat hərəkətləri aparılarkən onun oğurlanması və ya axtarışda olması barədə mərkəzi informasiya sistemində heç bir məlumat mövcud olmayıb və avtomobilin ban nömrəsinin saxtalaşdırılması da müəyyən edilməyib. Rüstəm Əliyev rastlaşdığı problemlə əlaqədar hələ ötən il respublikanın prokurorluq orqanlarına və Daxili İşlər Nazirliyinə müraciət edib. Həmin faktla bağlı müvafiq xidmətlər tərəfindən araşdırmalar aparılıb. Araşdırma nəticəsində qeydiyyat hərəkətlərinin aparılması prosesində hər hansı polis əməkdaşının təqsiri müəyyən edilməyib. Avtomobili satmış və almış şəxslərin vicdanlı alıcı olmaları nəzərə alınaraq, həmin avtomobil üzərində mülkiyyət hüququnun tanınması məqsədilə sonuncunun məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilib: “Lakin efirə verilmiş süjetdə mənim məsələyə münasibətimin təhrif olunmuş formada təqdim edilməsi təəssüf doğurur. Guya mən demişəm ki, həmin şəxsə dəyən ziyanı məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər. Axı mən nəyə görə belə fikir söyləməliyəm? Bu avtomobillə bağlı təkrar qeydiyyat hərəkətləri aparılarkən əvvəldə qeyd etdiyim kimi, nə axtarışda olub, nə də sənədləri ilə aqreqat nömrələri arasında hər hansı bir uyğunsuzluq. Özü də 5-6 xarici ölkənin sərhədlərini keçərək 2008-ci ildə Azərbaycana gətirilib. Hər halda, axtarışda olmuş olsa və ya sənədlərində, yaxud ban nömrəsində saxtalaşdırma əlamətlərinin vizual olaraq görünməsi mümükün olsaydı elə keçdiyi ölkələrin sərhədlərində saxlanılardı”.
Elmin
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur










