Yol polisindən öpüş xəbərdarlığı: Avtomobil dayananda olar

Dünəndən jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı yazdığı fikirləri böyük müzakirələrə səbəb olub. İnsanlarn bəziləri metroda öpüşən gəncləri, digərləri isə müəllifi müdafiə edib. Görəsən, digər ictimai nəqliyyat vasitələrində də belə faktlara rast gəlinirmi? Avtosfer.az-ın xəbərinə görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a deyib ki, xidməti dövründə şəxsin avtomobil idarə edərkən öpüşməsi və yaxud sevişməsi kimi faktlara rast gəlməyib. "Ümumiyyətlə, avtomobil idarə edərkən sevişmək və yaxud öpüşməklə bağlı qanunvericilikdə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı konkret məlumat yoxdur. Amma qanunda qeyd olunur ki, sükan arxasında olan şəxş (sürücü) hərəkət zamanı diqqəti yayındıra bilən hərəkətlər etməməlidir. Bu, olduqca təhlükəlidir. Bu, başqa hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratmaq deməkdir.
Qanunda həmçinin avtomobilin hərəkəti zamanı sükanı əlindən buraxmaq, qapıları açmaq, kəmərlərdən istifadə etməmək, diqqəti yayındıra biləcək hərəkətlər etmək, mobil telfonla danışmaq və yaxud törətdiyi xətaları lentə alıb sosial şəbəkələrdə yerləşdirmək olmaz. Belə faktlar inzibati tənbeh tədbirlərinin görülməsinə şərait yaradır”, - deyə o bildirib.
V.Əsədov ictimai nəqliyyatdan istifadə edərkən öpüşmək və yaxud sevişmək kimi məsələlərin xarici ölkələrlə bərabərləşdirilməsini düzgün hesab etmədiyini vurğulayıb: "Hər halda bizdə ictimai qınaq var. Biz xarici ölkələrdən fərqlənirik. Mənim üçün inandırıcı deyil ki, Bakıda avtomobil sürə-sürə gənc sevgililər bir-birlərinə münasibətin öpüşlə bildirsinlər. Ancaq mən şəxsi heyətdən soruşaram, görüm, belə bir fakt var, ya yoxdur. Şəxsən mən belə bir faktla rastlaşmamışam. Adətən, cütlüklər görüş yerini bir qədər kənarda, park və bulvar kimi yerləri seçir. O ki, qaldı avtomobildə öpüşməyə, bu, inandırıcı deyil. Avtomobil dayanmış vəziyyətdə belə bir fakt ola bilər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












