Yol polisindən qanunsuz sərnişindaşıma ilə bağlı XƏBƏRDARLIQ

Avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması qəzalara səbəb olur. Bəzən günün pik saatlarında sərnişin çoxluğundan istifadə edən sürücülərə rast gəlirik. Bu baxımdan zaman-zaman qanunsuz sərnişindaşıma ilə məşğul olanlar da nəzərə çarpır. Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev modern.az-a deyib ki, bu istiqamətdə hər zaman tədbirlər görülür:
“Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara əsasən Bakı-Sumqayıt yolunda rast gəlinir. Bununla bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Bu gün ola bilər ki, hansısa bu tipli avtobuslar kənar yerdən çıxıb fəaliyyət göstərsinlər. Amma ümumilikdə bu cür fəaliyyətlərin qarşısı alınır. Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edirlər”.
Bakı-Sumqayıt yolunda bu cür fəaliyyətlə məşğul olanlar adətən “Ford” markalı avtomobillər olur. K.Əliyev qeyd edilən məsələyə də fikir bildirib:
“Ford” markalı avtomobillərin hamısı qanunsuz fəaliyyət göstərir” - deyə bilmərik. Kənardan baxaraq bunu müəyyən etmək olmaz. Hər halda onun müvafiq sənədi varsa, avtovağzaldan avtovağzala işləyirsə, qanunsuz daşımadan söhbət gedə bilməz. Lakin adətən marşrut üzrə getməyən, sifariş əsasında işləyən avtomobillərə də rast gəlmək olur”.
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










