Yol polisindən qorxunc açıqlama - Qəzaların 40 faizinin səbəbi budur - VİDEO

2023-cü ilin 6 ayı ərzində aparılmış analitik təhlillər nəticəsində müəyyən edilib ki, ölkəmizdə ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin 39,8 %-i sürət rejiminə əməl edilməməsi səbəbindən, 35,3 %-i isə qarşı hərəkət zolağına çıxmaqla ötmə və manevretmə qaydalarının pozulması səbəbindən baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib. O təəssüflə qeyd edib ki, yüksək sürət piyada ölümü ilə nəticələnən qəzalarda da ən böyük səbəblərdən biridir. Bəzi sürücülərin cərimələrdən çəkinməməsi, insan həyatına və qaydalara biganə yanaşması, arxayınlıq sonda qəzaların baş verməsini qaçılmaz edir. Bu gün sanksiyaları artırılmış qayda pozuntuları gündəlik həyatda rastlaşdığımız və ani diqqətsizlik səbəbindən baş verən xətalar deyil: “Sürət həddinin 10-20 km/saat aşılması, qarşı hərəkət zolağına çıxmadan ötmə, manevretmə qaydalarının pozulması zamanı sanksiyalar dəyişilməz olaraq qalıb. Lakin sürət həddinin 40-60 km/saat aşılması və ya qarşı hərəkət zolağına çıxmaqla ötmə və ya manevretmə qaydalarının pozulması təsadüfən baş verəcək xətalar deyil. Bu xətaların törədilməsi zamanı baş verən qəzaların ağırlıq dərəcəsi yüksək olur.
Yüksək sürət səbəbindən avtomobilin aşması, piyadaya və ya maneəyə dəyməsi, eləcə də avtomobillərin qarşı-qarşıya toqquşması və sadalanacaq digər halların hamısı dünya ölkələrində ölüm riski ən çox olan qəzalardan hesab olunur. Bu hal, ölkəmizdə də belədir. Yollarda bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün, qayda pozuntuları törətməkdən çəkinmək və qaydalara riayət etmək mütləqdir”.
Elmin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











