Yol polisindən rayonlara istirahətə gedənlərə - MÜRACİƏT

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində turizm səyahətinə çıxmaq istəyən hüquqi və fiziki şəxslərə müraciət ünvanlayıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, son illər respublikada turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahə inkişaf edib, ayrı-ayrı regionlara səfərə çıxan xarici və yerli turistlərin sayı artıb. Bu səfərlərin təşkili müxtəlif turizm şirkətləri ilə yanaşı ayri-ayri fiziki şəxslər tərəfindən də həyata keçirilir. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, daşımalara cəlb edilmiş nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da bəzən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir: «Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi təhlükəsizliyin təmin olunması məqsədilə belə səfərlərin müasir, təhlükəsizlik elemetləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm şirkətləri vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, bu səfərlər ayrı-ayrı fiziki şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını tövsiyə edir».
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












