Yol polisindən sərt qərar – Kütləvi reydlər olacaq

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Avtosfer.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədi ilə iyulun 17-dən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.
Reydlər zamanı sərnişin və yük daşımaları sahəsində çalışan sürücülərin iş və istirahət rejiminə əməl etmələrinə ciddi nəzarət olunacaq, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi, fərqlənmə nişanı, marşrut kartı olmayan, avtovağzallarda müvafiq sənədləşmə aparmadan şəhərlərarası sərnişin daşıma fəaliyyəti göstərən, reysqabağı tibbi müayinədən keçməyən, eləcə də avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması qaydalarına riayət etməyən və ümumilikdə daşıma qaydalarının pozulması hallarına yol verən fiziki və hüquqi şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcək.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












