Yol polisindən sərxoş sürücülərin necə aşkarlanması ilə bağlı açıqlama

Dünən həkim Vasif İsmayıl mətbuata açıqlamasında bildirib ki, spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş olması demək deyil. Əsas olan qanda çıxan spirtin normasıdır. Yol polisi yoxladığı cihazla protokol tərtib edə bilməz. Həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Ağız iyləməklə protokol yazıla bilməz!” başlıqlı məqaləyə və yazıdakı fikirlərə ayıdınlıq gətirib. Onun sözlərinə görə, sürücülərə yalnız ağızdan gələn qoxuya görə inzibati protokol yazılmır və yazıla da bilməz: "Ola bilər ki, yol patrul xidməti əməkdaşı sürücü ilə ünsiyyətdə olarkən alkaqol qoxusunu hiss etsin və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələnsin. Lakin bu şübhə heç bir əməkdaşa əsas vermir ki, o ağız qoxusuna görə inzibati protokol tərtib etsin. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunmasına görə inzibati xəta haqqında protokol yalnız Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun şəkildə müayinədən keçirildikdən sonra tərtib edilə bilər. Həmin Qaydaların tələblərinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi onun nəfəsindən alkoqollu içki qoxusu gəldiyi, ayaq üstə sərbəst dayana bilmədiyi və ya özünü idarə edə bilmədiyi kimi əlamətlərdən biri müşahidə olunduqda YPX inspektorlarının istifadəsində olan texniki vasitələrin, yəni alkotester və ya narkotesterin köməyi ilə həyata keçirilir".
O ki qaldı “həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər” fikrinə, Kamran Əliyevin sözlərinə görə, qaydalarda konkret göstərilib ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir: "Həmin Qaydalarda o da qeyd ounub ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.
Odur ki, xüsusi texniki vasitə ilə müayinədən keçməkdən imtina etməyən və müayinənin nəticəsi ilə razılaşan şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin tələblərinə uyğundur".
Elməddin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO











