Yol polisindən sevindirici açıqlama

Bakıda yol nəqliyyat hadisələrinin sayında azalma qeydə alınıb. Bu isə ölüm və xəsarət hallarının da azalmasına səbəb olub. Avtosfer.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 27,6 faiz, həlak olanların sayı 46,7 faiz, xəsarət alanların sayı isə 27,3 faiz azalıb: «Bakı şəhəri üzrə 60-dan çox qəzanın azalması nəticəsində 50-dən artıq ölüm faktının sayı aşağı düşüb. Eyni zamanda, 40-a yaxın xəsarət sayı azalıb. Həmçinin, qəzalar nəticəsində xəsarat dərəcələrinin yüngülləşməsinin də şahidi oluruq. Əlbəttə ki, hadisələrin müsbətə doğru azalması Dövlət Yol Polisi olaraq bizi daha da ruhlandırır və bu istiqamətdə daha təsirli tədbirlər həyata keçirməklə qəzaların sayını minimuma endirməyə çalışırıq».
Vaqif Əsədov bildirib ki, hadisələrin baş verməsinə səbəb sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığıdır: «Qəzaları təhlil etdikdə görürük ki, sürət həddinin aşılması nəticəsində baş vermiş hadisələr ümumi qəzaların 46 faizini təşkil edir. Piyadaların avtomobillərlə vurulması isə 51,6 faiz təşkil edir. Sonrakı yerləri isə təhlükəli manevr etmək, yolayrıclarının keçmə qaydalarının pozulması, texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi və sükan arxasında sərxoş vəziyyətdə olmaq tutur».
Bölmə rəisinin sözlərinin sözlərinə görə, hadisələrin sayının azalması yol polisinin məqsədli şəkildə həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Elmin
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










