Yol polisindən şikayət edən sürücü 500 manat cərimələndi – “Avtoş” kimi

Ucar rayon sakini Məmmədov Sabir Qorxmaz oğlu iki gün əvvəl idarə etdiyi “Mazda” markalı, 90 FU 616 nömrə nişanlı avtomobillə qayda pozduğu üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin sürücü qanunsuz saxlanıldığını, heç bir qayda pozmadığı halda yol polislərinin ona qarşı qanunsuz tələblər irəli sürdüyünü iddia edirdi. Sürücü Sabir Məmmədov bu barədə hətta bəzi saytlara da şikayət edərək daxili işlər naziri Ramil Usubovdan kömək istəmişdi. Amma Avtosfer.az-ın əldə etdiyi məlumata görə, martın 7-də həmin sürücü məhkəmə qarşısına çıxarılıb. Səbail rayon DYP-də onun barəsində toplanmış materiallardan aydın olur ki, sürücü Sabir Məmmədov avtoxuliqanlıq edib. Məhkəmə materialları və sübutları araşdıraraq həmin sürücü barəsində qərar çıxarıb. Qərara əsasən, Sabir Məmmədov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












