Yol polisindən sosial şəbəkələrdə canlı yayım edənlərə XƏBƏRDARLIQ

Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan “Instagram” və “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib. Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov azvision.az-a bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir. “Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu. Ona görə də sükan arxasında olan hər kəs diqqətli olmalıdır. Telefonla danışmaq, əllərini sükandan buraxmaq, hətta yanında əyləşən sərnişinlə söhbət etmək inzibati xəta tərkibi yaradır və sürücü məsuliyyə cəlb olunur. Sürücü avtomobili idarəedən zaman canlı yayıma çıxırsa, bu yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb edilməlidir”-deyə V.Əsədov vurğulayıb. DYP rəsmisi vurğulayıb ki, avtomobil idarə edərkən canlı yayım edən sürücülər aşkar edildikdə, onlara qarşı cərimələr tətbiq edilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












