Yol polisindən sürücülərə müraciət: Könüllü gələnlər cərimələnməyəcək

Noyabrın 1-dən bu günə qədər texniki baxışdan keçməyən 300-dən artıq avtomobil cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, noyabrın 1-dən avtomobillərin növündən və markasından asılı olmayaraq texniki baxış müddəti bitib. O bildirib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunublar.
Bölmə rəisi sürücülərə müraciət edib: “Texniki baxışdan keçmə müddətinin bitməsinə baxmayarq, idarə etdiyi nəqliyyat vasitəsini könüllü şəkildə Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim edənlər inzibati məsuliyyətə cəlb olunmayacaq. Həmin yerdə fasiləsiz olaraq avtomobillərə baxış keçirilir və texniki cəhətdən saz olan avtomobillərə birka verilir. Ancaq yolda saxlanılsa, güzəşt olunmur".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












