Yol polisindən sürücülərə – Qayda pozanların videosunu çəkib bizə göndərin - VİDEO

Sürücülər yol hərəkəti qaydalarını pozan həmkarlarını telefon, registrator və digər vasitələrlə lentə alsalar da, videoları hansı ünvana göndərəcəklərini bilmirlər. Halbuki onlar düşünürlər ki, konkret ünvan olsa, polisi qayda pozucuları barədə məlumatlandırmaq olar və bu da yol terrorunun minimuma endirilməsinə xidmət edər. Mütəxəssislər də bu məsələdə sürücülərlə eyni düşünürlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, sürücülər belə məlumatları dyp.gov.az saytı vasitəsi ilə yol polisinə təqdim edə bilərlər. Bu zaman görüntülər araşdırılacaq və qayda pozuntusu askarlansa, onu törədən şəxs cərimələnəcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, bu məsələdə yalnız sayt vasitəsilə video qəbul etmək kifayət deyil. Bir çox ölkələrdə yol polisləri müasir texniki vasitələrdən məharətlə istifadə edir, “facebook” və tvitter kimi sosial şəbəkələrdə yaratdıqları rəsmi səhifələrlə insanların müraciətinə baxır və cavablandırırlar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












