Yol polisindən sürücülərə sığorta xəbərdarlığı - Cərimələnə bilərsiz - VİDEO

Noyabrın 1- dən etibarən avtomobillərin icbari sığortası yalnız onlayn formada bağlanır. “Yol hərəkəti haqqında” qanunun 37 -ci maddəsinədə isə deyilir ki, sürücü yol polisinə sığorta şəhadətnaməsini kağız formada təqdim etməlidir. Bu ziddiyət sürücülərin cərimələnməsinə səbəb ola bilər. Hazırda yol polisləri, avtomobillərin sığorta olunub-olunmadığını bortkompüterdə görə bilmədiyindən kağız şəhadətnaməsi olmayan sürücülər 50 manat cərimə oluna bilər. Amma həmin formada adi kağızda olduqu üçün kompüterdən istifadə etməyi bacaranlar onun saxtasını asanlıqla düzəldə bilər. Əgər yol polisi bu haldan şüphələnərsə və yaxud sürücü ümumiyyətlə kağız formada sənədi yoxdursa bu halda da cərimələnə bilər.
Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirir ki, icbari sığorta bürosu sisteminin yol polisinin sisteminə inteqrasiya edilməsi üçün hazırlıqlar gedir və qısa zamanda bu proses həyata keçiriləcək. Bundan sonra isə sürücülərin kağız formada şəhadətnamə gəzdirməsinə ehtiyyac qalmayacaq. Bu zaman avtomobilini sığorta etdirməyən sürücülər elektron avadanlıqlar vasitəsi ilə müəyyən edilərək cərimələncək.
Sığorta olmadan avtomobili idarə etməyin cəriməsi isə 50 manatdır , bununla bağlı pratakol isə 20 gündən bir tətbiq edilə bilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












