Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ

Ölkə üzrə yağmurlu hava şəraiti davam edir. Belə havada nəqliyyat vasitələrinin hərəkət sürətini azaltmaq lazımdır. Avtosfer.az bildirir ki, bunu azvision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, sürücülərdən metroloji hava şəraitini nəzərə almaları tövsiyə olunur: "Yağışın intensiv yağması nəticəsində şəhərin bəzi ərazilərində gölməçələr yaranıb. Uzun müddət istismarda olan avtomobillər yığılmış sudan keçən zaman problem yaranır. Belə ki, müəyyən mexaniki hissələr su çəkir və avtomobil sönüb. Bu da həmin istiqamətdə nəqliyyatın hərəkətində problemlərin yaranmasına gətirib çıxarır. Xahiş edərdik, uzun zamandır istismar olunan avtomobillərdən belə hava şəraitində mümkün qədər az istifadə olunsun".
K.Əliyev vurğulayıb ki, sürücülərimiz qarşıdan qış fəslinin gəlməsini nəzərə alaraq öz avtomobillərini qış mövsümünə hazırlamalıdırlar: "İndidən avtomobilin mühərikinin soyutma mayesini donmayan maye ilə əvəz etmək lazımdır. Bunun üçün noyabr və dekabr ayını gözləmək lazım deyil. Hər bir sürücü öz avtomobilini qış mövsümünə hazır etməlidir".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












