Yol polisindən sürücüyə VİDEO ilə cavab

Xırdalan şəhər sakini Misir Nuruyevin yol polisindən narazılığı ilə bağlı Avtosfer.az saytında yayılan müraciətə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dərhal reaksiya verib. İdarədən Avtosfer.az-a bildirilib ki, məsələ heç də vətəndaşın dediyi kimi deyil. Belə ki, sürücü idarə etdiyi "KIA" markalı, 99-AC-793 dövdət qeydiyyat nişanlı avtomobillə 29.08.2016 tarixdə Ziya Bünyadov prospektində hərəkətdə olarkən, eyni istiqaməti ayıran 1.16.2 nişanlanma xəttinin (eyni istiqamətli nəqliyyat axınını ayıran təhlükəsizlik adacığının) tələbini pozaraq xəta törədib. Bu zaman o, eyni istiqamətli yolda hərəkətdə olmayıb. Belə ki, DYP-nin Avtosfer.az-a təqdim etdiyi videodan da göründüyü kimi, sürücü sağ tərəfdən əsas yola çıxaraq düzünə hərəkət edib körpüyə qalxır və ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə olunur.
Sürücü isə Avtosfer.az-a bildirmişdi ki, Bakı şəhər DYPİ-nin inspektoru, polis baş serjantı Qurbanov Nəbi Səxavət oğlu onu saxlayaraq İXP 478769 nömrəli protokol tərtib edib və qərar verib: «Qərarda tənbeh kimi həm İXM-nin 327.1-ci maddəsi həm də 327.2-ci maddəsini qeyd etdi. Mən bu qərardan BDYPİ-nə şikayət ərizəsi yazdım. Ərizəmi aidiyyatı üzrə BPİ DYPİ-nə göndərdilər və məni DYP idarəsinin 307-ci otagına dəvət etdilər. İşlərim olduguna görə mənim iştirakım olmadan ədalətli qərar verilməsini xahiş etdim. Və sonda DYPİ-dən göndərilən məktubda ədalətli qərar verilmədiyinin şahidi oldum. Məlum oldu ki, DYP mənə 60 manat, 3 bal cərimə yazıb. Guya yolayrıcını keçmə qaydalarını pozmuşam. Hansı ki, orada manevr qaydalarının pozulmasından söhbət gedə bilər. Bu da elə protokoldakı kimi, İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə deməkdir. Buradan görünür ki, yol polisi səhv cərimə yazır, İdarədə oturan icraçılar isə onu təsdiq edərək sürücüləri narazı salırlar. Bu, sadəcə biabırçılıqıdır".
Elmin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO












