Yol polisindən tanınmışlarla bağlı sərt açıqlama

«Ola bilər ki, verilişdə hər hansı nöqsan olsun. Bu təbiidir. Amma bu nöqsanları aradan qaldırmaq lazımdır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı şəhər DYP-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov İTV-də yayımlanan “Evakuator” verilişinin “Azərbaycan” qəzeti tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib. V. Əsədov xatırladıb ki, verilişin bir çəkilişində onun da iştirak etdiyi kiçik bir süjet efirdə yayımlanıb: “Həmin süjetdə dayanma və durma qaydaları ilə bağlı təbliğat aparılıb. Orada əməkdar artist Səlim Abbasov dayanma və durmanı qadağan edən nişanın altında maşınını saxlamışdı. Biz də onun maşınını müvəqqəti mühafizə olunan dayanacağa apardıq. Dayanma durma qaydaları ilə bağlı tanınmış şəxs cəzalandırılırsa, deməli, hər kəs cəzalandırılmalıdır. Tanınmış şəxslər sanki toxunulmaz olduqlarını düşünərək istədikləri kimi maşınlarını saxlayır. Həmin süjeti çəkməklə bir daha sübut etdik ki, qanun hər kəs üçündür. “Azərbaycan” qəzeti verilişin formatına uyğun olaraq nəyi tənqid edirsə, onu deyə bilmərəm. Ancaq mən iştirak etdiyim süjetdə qanun qarşısında hamının bərabər olduğunu göstərmişəm”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













