Yol polisindən “TikTok”un yeni funksiyasına reaksiya: Bu məhdudiyyət alqışlanmalıdır - RƏSMİ

Yol polisi 8 Oktyabr 2024 16:05 Oxunub 478
Yol polisindən “TikTok”un yeni funksiyasına reaksiya: Bu məhdudiyyət alqışlanmalıdır - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün sosial platformalardan birində, “TikTok”da avtomobil idarə edərkən canlı yayım açmağın bloklanma ilə nəticələnməsi mövzusunda xəbər dərc etmişdik.

Məsələ il əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polkovnik-leytenant Mübariz Ağayev Avtosfer.az-a müsahibəsində deyib ki, istənilən sosial platformalarda yol-hərəkəti təhülkəsizliyi ilə bağlı bütün innovativ həllər idarə tərəfindən təqdirəlayiq qarşılanır.

“Avtomobil idarə etmək təhlükəli fəaliyyət növüdür. Sürücünün bu və ya digər formada diqqətini yayındıran hansısa informasiya alması, hərəkətlər etməsi doğru yanaşma deyil. Sözsüz ki, bununla bağlı qanunvericilikdə xüsusi normalar və cərimə nəzərdə tutulub. Baş Dövlət Yol Polisi İdarəsi olaraq, biz, sürücünün diqqətini yayındıran bütün hərəkətlərdən çəkinməsinin tərəfdarıyıq. Sürücünün sükan arxasında olarkən teelfondan istifadən edərək hansısa informasiya alması onun emosiyalarına təsir edirsə, onun avtomobili sürətlə idarə etməsi, tormozlama, qəfil manevr etməsi və ya ümumiyyətlə idarəetməni itirməsi ilə nəticələnə bilər”.

Mübariz Ağayev həmçinin qeyd edib ki, sürücünün sükanı buraxaraq telefonla məşğul olması xüsusi riskli hərəkət kimi nəzərə alınmalıdır.

“Bu davranış özü avbtomobilin idarə edilməsində xüsusi çətinlik yarada bilər. Ümumiyyətlə, bu mövzu vaxtaşırı müzakirə olunur ki, sürücü telefonu əlində saxlamır, səsli mesaj göndərirsə, qulaqlıqdan istifadə edirsə, niyə cərimələnməlidir? Məsələ telefondan avtomobil idarə edərkən necə istifadə etmək deyil. Sürücü avtomobil idarə edərkən onun bütün diqqəti həmin an icra etdiyi əməldə olmalıdır. Bütün hallarda telefondan istifadə edərək maşın sürmək sürücünün bütün hiss və diqqətini gələcək zəngə, mesaja yönəldir və bu da qəzaları qaçılmaz edir. Sürücülərə tövsiyyə edirik ki, avtomobil idarə edərkən mobil cihazlardan istifadə etməsinlər”.

Qurum rəsmisi sonda onu da vurğulayıb ki, sosial platformalar bu cür müsbət addımları bir-birlərindən nümunə olaraq götürməli və tətbiq etməlidirlər.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə telefonu avtomobilin salonundakı şitə bərkitməklə, yaxud diz üstündə, ötürücülər qutusunun yanındakı dirsəklikdə istifadə edən sürücülər həmin ölkənin qanunvericiliyinə əsasən cərimə olunur.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh