Yol polisindən uşaqlara məsləhət: “Yaşlılara hörmət edin” - VİDEO

Uşaqların qaydaları, xüsusilə də yol-hərəkət qaydalarını bilməsi və öyrənməsi vacibdir. Baş Dövlət Yol Polisi də mütəmadi olaraq uşaqlarla qaydalar haqda maarifləndirici tədbirlər təşkil edir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli azyaşlılarla maarifləndirici söhbətlər aparıb.
O, söhbət zamanı yaşlı vətəndaşlardan birini görərək ona yaxınlaşıb. Baş inspektor uşaqlara bildirib ki, böyüklər daim hörmətini saxlamalı olduğumuz insanlardır: “Onlara hörmət etmək lazımdır ki, böyüdükdə sizə də hörmət etsinlər”.
Daha sonra isə yaşlı vətəndaş uşaqlara məsləhət verib. O, bildirib ki, qanunlara riayət etmək lazımdır: “Bu sağlamlığımız üçün də önəmlidir. Polislər olmasa, biz olmarıq”
Bu zaman Araz Əsgərli vətəndaşa “Siz olmasanız, biz olmarıq” deyərək təşəkkür edib.
Qeyd edək ki, uşaqlarla belə söhbətlərin aparılması onların gələcəyi üçün çox mühüm rola malikdir.
Məhəbbət Tərlanoğlu
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










