Yol polisindən uşaqlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA - 57 ÖLÜM

Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar günlə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsi müraciət yayıb. Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yol polisi bir sıra maarifləndirici-kütləvi tədbirlər keçirirdi. Lakin bu il COVİD-19 pandemiyası ilə bağlı belə tədbirlərin təşkili mümkün olmadı. Bununla yanaşı, Baş DYP İdarəsi uşaqları qorumaq üçün valideynlərə səslənərək bir çox məqamlara diqqət yetirməyi vacib hesab edir. DYP-dən bildirilib ki, uşaqların yol-nəqliyyat hadisələrindən bilavasitə qorunması valideynlərin evdə düzgün təlim-tərbiyə işləri aparmalarından, yol hərəkəti qaydalarını uşaqlara öyrətmələrindən asılıdır: “Hesab edirik ki, valideynlər evdə uşaqlara yol hərəkəti qaydalarına dair ilkin bilikləri doğru-düzgün izah etməlidirlər. Hər şey uşaq arabasından başlamalıdır. Təəssüf ki, bəzi valideynlərin bu məsələlərə laqeyd yanaşması, onların səhvi ucbatından hər il Azərbaycanda onlarla uşaq yol qəzalarının qurbanı olur”.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2019-cu ildə respublika ərazisində baş verən yol qəzalarında 57 uşaq ölüb, 170-i yaralanıb. Ölən uşaqlardan 24-ü, yaralananlardan isə 45-i 7 yaşadək, ölənlərdən 33, yaralananlardan 125 nəfər isə 7 yaşdan 16 yaşadək olan uşaqlar olub. Həlak olmuş uşaqların 23-ü, yaralıların 90-ı piyada, ölənlərin 21-i, yaralıların isə 66–sı sərnişin qismində olublar. Yəni, onlar nəqliyyat vasitələrində sərnişin qismində olub, qəza zamanı qoruyucu vasitələr olmadığı üçün həyatlarını itirib və ya xəsarət alıblar. Odur ki, DYP nəqliyyat vasitəsi sahiblərinə və valideynlərə təvsiyə edir ki, avtomobillərdə azyaşlıları daşıyarkən 12 yaşdan yuxarı uşaqların təhlükəsizlik kəmərindən istifadəsini təmin etsinlər. Aşağı yaş qrupunda olanların isə xüsusi uşaq oturacaqlarında daşınmasına önəm versinlər.
Yol polisindən onu da bildiriblər ki, uzunmüddətli tətil günlərinin başlanması ilə əlaqədar uşaqlara nəzarət daha da artırılmalı, xüsusilə velosipedlərdən istifadə edən uşaqlara yolun hərəkət hissəsinə çıxmanın yarada biləcəyi təhlükə azyaşlıların başa düşəcəkləri tərzdə onlara izah edilməlidir. Unutmayaq ki, təkcə ötən il ərzində yol qəzalarında ölənlərin 1-i, yaralıların isə 7-i məhz velosipedçi qimində olan azyaşlılar olub.
Elmin
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










