Reklam

Yol polisindən valideynlərə çağırış – Kiçik diqqətsizlik böyük faciə yaşadır - VİDEO

Yol polisi 23 Fevral 2018 17:37 Oxunub 1347
Yol polisindən valideynlərə çağırış – Kiçik diqqətsizlik böyük faciə yaşadır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayor Qulu Quluyev: “bu həm qanunvericiliyə ziddir, həm də təhlükəlidir”

Daxili İşlər Nazirliyinin əhalinin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hadisələrin qarşısının əvvəlcədən alınması məqsədilə həyata keçirdi tədbirlər planına uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımı Ələt-Astara yolunda yol kənarında yerləşən kənd və qəsəbə sakinləri, eləcə də məktəblərdə şagirdlər, müəllim və valideynlərlə görüşlər keçirir.

Salyan rayonunun Qızılağac və Şorsulu kəndlərində baş tutan görüşlərdə çıxış edən 10-cu tağımın komandiri, polis mayoru Qulu Quluyev bildirib ki, əsas məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsi, piyadavurlamarın, qəzaların qarşısının alınmasıdır. “Yol hərəkəti qaydalarının hər bir şəxsin bilməsi vacibdir. Biz polis orqanı olaraq insanların təhlükəsizliyini qorumalıyıq. Bunun üçün maarifləndirmə işlərini daim aparırıq. Ötən il 8 ağır yol qəzası baş verib ki, 14 ölüm hadisəsi olub. Bunlardan 3-ü piyadaların vurulmasıdır. Əsasən bu qəzalar kəndlərin keçdiyi yerlərdə baş verir. Çünki kənd sakinləri, məktəblilər yolu keçməyə məcburdurlar. Amma bu zaman təhlükəszilik qaydalarına əməl edilsə qəzalardan qaçmaq olar. Yola çıxan zaman tez keçmək, fikir yayındırıcı hərəkətlərdən uzaq olmaq, hərəkət axınının əks istiqamətində hərəkət etmək lazımdır. Amma bəzən insanlar, xüsusən də gecə saatlarında yolun kənarı ilə hərəkət edərkən axın istiqamətində gedirlər. Onlar axadan gələn avtomobili görə bilmir. Bəzi hallarda sürücülər piyadanı görmür və nəticədə ağır fəsadlar ortaya çıxır.”

Q.Quluyev velosipedlə yola çıxan uşaqlar barədə də danışıb. Bildirib ki, bir çox hallarda valideynlərin nəzarətsiz olaraq uşaqların yola çıxmasına imkan verməsi acı sonluqla bitir. “Hər bir valideyn övladının sağlam böyüməsini istəyir. Amma bəzən xırda bir məsuliyyətsizlik bunun əksinin baş verməsinə gətirib çıxarır. Kənd yerlərdində hər kəsin böyük həyətyanı sahəsi var. Uşaqlar öz velosipedlərini burada sürsünlər. Magistral yola çıxmasınlar. Valideynlər buna nəzarət etməlidir.”

Tağım komandiri yol kənarlarında meyvə-tərəvəz satan sakinlərə də müraciət edib. “Başa düşürük ki, insan yetişdirdiyi məhsulu satıb pul qazanmalıdır. Amma bunu yolun çiyin hissəsində etmək təhlükəlidir. Hər hansı bir qəza baş verəndə bu həmin meyvəni satanın həyatı üçün təhlükə yarada bilər. Yaxşı olar ki, yol kənarlarında olan kafe və restoranların qarşısındakı geniş yerlərdə ticarətlərini etsinlər. Bu, həm təhlükəszidir, həm də daha sərfəlidir.”

Qulu Quluyev yollarda mal-qaranın ötürülməsi iləbağlı çətin problemlərin olduğunu da vurğulayıb. Bildirib ki, bu həm qanunvericiliyə ziddir, həm də təhlükəlidir. “Bəzən təkbaşına mal-qaranı yoldan keçirmək istəyən şəxslər olur. Amma qanuna görə, mal-qaranı keçirmək üçün günün işıqlı vaxtından istifadə etmək lazımdır. Həmçinin bir nəfər yolun hərəkət hissəində olmalı və nəzarət etməli, digəri isə mal-qaranı qovmalıdır. Əgər yolda dayanan adam sürücülərə işarə versə sürücülər də təhlükədən kənar olar.”

Tağım komandiri yolun hərəkət hissəinə çıxan kənd təsarrüfatında işləyən ağır nəqliyyat vasitələri barədə də danışıb. Bildirib ki. yolun hərəkət hissəsinə qəfildən çıxıb aşağı sürətlə hərəkət etməsi bəzən səbrsiz sürücülərin ötmə etməsinə və qəza törətməsinə səbəb olur.

Q. Quluyev məktəbliləri xüsusilə diqqətli olmağa çağırıb. “Dərsə gələndə, evə gedəndə təbii ki, yolu keçməyə məcbur olursunuz. Amma demək olar ki, məktəblərin yerləşdiyi ərazilərin hamısında piyada keçidləri var. Həmişə keçidlərdən istifadə edin. Yolu keçəndə diqqətli olmaq lazımdır. Mobil telefondan istifadə, qəfildən qaçaraq yola çıxma və bu kimi təhlüləki hərəkətlər etmək olmaz”.

Sonda tağım komandiri müraciət edərək ictimaiyyət nümayəndələrini bu işdə yol polisinə kömək etməyə çağırıb. “Bu işlərdə biz birlikdə hərəkət etməliyik. Məsələn, yolun hərəkət hissəinə hər hansı maneə düşübsə bunu götürmək üçün polisi gözləmək lazım deyil. Vətəndaş məsuliyyəti burada mühüm rol oynayır”.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh