Yol polisindən valideynlərə - Xəbərdarlıq

Dövlət Yol Polisi valideynləri uşaqlarla yolu keçərkən diqqətli olmağa çağırır. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, yol polisi tərəfindən müəyyən işlərin aparılmasına baxmayaraq, valideynlər uşaqlarla birgə yolun hərəkət hissəsinə çıxırlar: “Məktəblərdə dərslərin başladığı, bitdiyi saatlarda orta məktəblərdən uşaqlarını götürən valideynlər onlarla birgə yolun hərəkət hissəsinə çıxırlar. Bu insanlar hətta öz mənfi hərəkətlərini ictimailəşdirəndə də çəkinmirlər”.
K.Əliyev hesab edir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı orta məktəblərdə dərs saatlarının sayı artırılmalıdır: “Bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə müraciətlər də olunub. Çünki azyaşlılara elə uşaq vaxtından bu təhlükəsizlik qaydalarını aşılamaq lazımdır ki, gələcəkdə bu cür təhlükələrdən həyatlarını sığortalamış olsunlar. Yuxarı siniflərdə də bu cür dərs saatlarının keçirilməsi məqsədəuyğundur. Çünki yeni nəsil bu qaydalara riayət etsə, yaşlılar da edər. Amma indi yaşlı nəsil də, orta nəslin nümayəndələri də, yeniyetmələr də, uşaqlar da bu qaydaları pozur. Hətta uşaqlar bəzən böyüklərdən fərqli olaraq yolun hərəkət hissəsinə çıxmırlar. Tək olanda piyada keçidlərindən istifadə edirlər. Valideynlər bu cür hərəkətlərə yol verməməlidirlər, onlar ilk növbədə öz övladlarının təhlükəsizliyini düşünməlidirlər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












