Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq: “Day-day” dövrü bitdi

Artıq bir müddətdir ki, mediada bəzi yüksək vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillərin yol hərəkəti qaydalarının əməl etməmələri, yol polisi tərəfindən yazılmış cərimələri ödəməmələri barədə məlumatlar yer alır. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, ötən 5 ildə Bakıda baş verən yol qəzalarının, eləcə də ölən və xəsarət alanların sayı getdikcə azalır. Hətta ötən illə müqayisədə inzibati məsuliyyətə cəlb edilən sürücülərin də sayında azalma müşahidə edilib. Bütün bunlar isə qanunvericilikdə edilən dəyişiklər və yol polisi tərəfindən görülən tədbirlər nəticəsində əldə olunub:
"Bu o deməkdir ki, yol polisi yerindədir, işləyir, həmçinin, tətbiq edilən cəzalar və onların təsir mexanizmi müsbət nəticələr əldə etməyə imkan verir. Hadisələr, ölən və xəsarət alanlar azalırsa, bu yaxşıya doğru dəyişiklik deməkdir. Konkret faktlar üzrə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Əgər İnzibati Xətalar Məcəlləsində vəzifəli, yaxud hüquqi şəxslərin cərimələnməsi nəzərdə tutulubsa, birmənalı olaraq bu barədə protokol tərtib edilir. Artıq "mən filankəsəm, məsuliyyətə cəlb edilə bilmərəm” söhbəti yoxdur.
Bu gün paytaxt ərazisində, ümumiyyətlə, ölkədə yollarda tətbiq edilən müasir texnologiya, yol polislərinin istifadə etdikləri yeni texniki vasitələr artıq "day-day”, "filankəsəm”, "dosta zəng” kimi şeyləri tanımır”.
Bölmə rəisi qeyd edib ki, qanun kimliyindən, peşəsindən və vəzifəsindən asılı olmayaraq hamı üçün eynidir: "Əgər mən özüm yol polisi polkovniki olaraq şəxsi avtomobilimi könüllü sığortalayıramsa, onu vaxtında texniki baxışdan keçirirəmsə, bunları həm qanunlara hörmət naminə, həm də cərimə ödəməmək üçün edirəm. Bunu ona görə etmirəm ki, kimdənsə qorxuram. Xeyr, sadəcə qanun deyir ki, bu belə olmalıdır. Hamı bilir ki, avtomobil sığorta olunmayanda, texniki baxışdan keçməyəndə, sürücü kəməri taxmayanda müasir texnika və texnologiyanın tətbiq edilməsinin nəticəsində avtomatik məsuliyyətə cəlb edilir.
Artıq milli xüsusiyyətimiz, mentalitetimizlə bağlı təhlükəli vərdişlər yavaş-yavaş unudulur. Bizdə də yol hərəkəti mədəniyyəti getdikcə formalaşır. Təhlükəsizlik kəmərini taxanların sayı gün-gündən artır. Vaxtilə işıqforun qırmızı işığında keçənlər özünü qəhrəman hesab edirdisə, indi açıq-aşkar başa düşür ki, bu qəza deməkdir. Vaxtilə sükan arxasında mobl telefonla danışmaq dəb idisə, indi buna görə yüksək məbləğdə cərimə olunduğunu anlayıb etmirlər. Vaxtilə sərxoş vəziyyətdə avtomobili idarə edənlər kiməsə və ya nəyəsə arxalanırdısa, indi statistik göstəricilər onu deməyə əsas verir ki, kimliyindən asılı olmayaraq belə hal aşkarlanırsa, o, qanun qarşısında cavab verməli olur.
Bir daha bəyan edirəm ki, indiki dövrdə "dosta zəng” və ya "görmədim”, "bilmədim”, "filankəsəm” kimi ifadələrin işlədilməsi keçərli deyil!”.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











