Yol polisindən XƏBƏRDARLIQ: Cərimə olunmamaq üçün...

Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir: "Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər. Ola bilər ki, özləri də bilmədən avtomobillərinin ixrac etdiyi dəm qazı normadan artıq olsun. Sürücülər əlavə cərimə olunmamaları, ətraf mühitin və insanların sağlamlığının qorunması üçün avtomobillərinin havaya buraxdığı dəm qazının normasını yoxlatdırsınlar. Əgər nasazlıq varsa, aradan qaldırsınlar”.
Qeyd edək ki, avqust ayının 1-dən 31-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək. Məqsəd atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsinin və havanın avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












