Banner

Yol polisindən yeni maarifləndirici rubrika: “1 sual – 1 cavab"! - VİDEO

Yol polisi 5 Avqust 2025 10:23 Oxunub 520
Yol polisindən yeni maarifləndirici rubrika: “1 sual – 1 cavab"! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə tədbirləri çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi bu gündən etibarən “1 sual – 1 cavab” adlı yeni rubrikaya start verir.

Avtosfer.az-ın məlumatına görə, rubrikanın əsas məqsədi vətəndaşların yol hərəkəti ilə bağlı gündəlik həyatlarında qarşılaşdıqları suallara aydınlıq gətirmək, mövcud qaydaları daha əlçatan və başadüşülən formada izah etməkdir.

Sosial şəbəkələr üzərindən ünvanlanan çoxsaylı suallar ümumiləşdirilərək rubrika çərçivəsində mütəmadi şəkildə cavablandırılacaq.

BDYPİ bütün hərəkət iştirakçılarını bu rubrikanı izləməyə və yol hərəkəti ilə bağlı suallarını ünvanlamağa dəvət edir.

Unutmayın: Qaydaları bilmək – həyatınızı qorumaq deməkdir!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh