Yol polisinə lezva çıxaran sürücü və sərnişin həbs edildi – Hərəsinə 30 sutka - FOTO

Oktyabrın 10-da, saat 16.20 radələrində Bakıda yol polisləri ilə sürücü və sərnişin arasında insident yaşanıb. Avtosfer.az-ın məlumatına görə, “Tofas” markalı, 90 TJ 288 dövlət nömrə nişanlı avtomobil yol polisi tərəfindən saxlanılıb. Onu Cavadxan küçəsində 99 YP 402 saxlatdırıb. Buna səbəb isə avtomobilə aid ödənilməyən cərimələrin olması və rəngli şüşələrin quraşdırılması olub. Lakin sürücü yol polisinə tabe olmayaraq düz 4 saat onların vaxtını alıb. Belə ki, sürücü - Beyləqan rayon sakini, 26 yaşlı İsayev Ruslan Astan oğlu və onun sərnişini – Saatlı rayon sakini, 28 yaşlı Əliyev Əlikram Ramiz oğlu maşının qapılarlnı bağlayaraq polisə tabe olmayıblar. Sonra isə məsuliyyətdən yayınmaq üçün lezva çıxararaq özlərinə xəsarət yetirəcəklərini deyiblər. Bununla da heç nəyə nail ola bilməyən gənclər təxminən 4 saatdan sonra maşından düşərək qaçmağa çalışarkən əraziyə dəvət olunmuş əməliyyat qrupu tərəfindən yaxalanıblar. 19-cu polis bölməsinə təhvil verilən gənclərin barəsində toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. Məhkəmə oktyabrın 11-də hər iki gəncin xuliqanlıq əməllərinə qiymət verib. Belə ki, Ruslan İsayev və Əlikram Əliyev 30 gün inzibati qaydada həbs cəzasına məhkum edilib. Onların hər ikisi Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














